İdman

Ronaldu çıxış etdiyi Səudiyyə klubunu almaq istəyir

15 Sep 2026, 17:22 3 baxış
Ronaldu çıxış etdiyi Səudiyyə klubunu almaq istəyir
Məşhur portuqaliyalı hücumçu Kriştianu Ronaldu hazırda formasını geyindiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunu satın ala bilər. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "DAZN Portugal" telekanalı yayıb. Portuqaliyalı ulduz və daha dörd investor klubu almaq üçün ortaq təklif hazırlığı görürlər. Tərəflərin hər birinin bu prosesə ən azı 92 milyon avro məbləğində investisiya yatıracağı bildirilir. Qeyd edək ki, 41 yaşlı oyunçu 2022-ci ilin dekabrından bəri "Ən-Nəsr"in şərəfini qoruyur.
Mənbə oxu.az

Oxşar Xəbərlər