Digər

Ukraynada 20-25 milyon əhali qalıb - Mendel

15 Sep 2026, 19:45 2 baxış
Ukraynada 20-25 milyon əhali qalıb - Mendel

Ukrayna ərazisində əhalinin sayı 20-25 milyon nəfərdir və azalmaqda davam edir.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel deyib.


"Sovet İttifaqından müstəqillik elan etməsindən sonrakı 35 il ərzində Ukrayna əhalisinin yarısından çoxunu itirib. Ən balanslı hesablamalara görə, Kiyevin nəzarətində olan ərazidə 20-25 milyon insan qalıb. Onların təxminən yarısı təqaüd yaşındadır", - deyə o bildirib.


Mendel əlavə edib ki, ukraynalılar ölkədən qaçmağa davam edirlər:


"Uşaqlarının layiqli təhsil və səhiyyə xidməti almasını istəyənlər mühacirət etməyə məcburdurlar. Ölüm nisbəti yeni doğulmuş körpələrin sayından təxminən dörd dəfə çoxdur", - deyə o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər