Digər

ABŞ artıq İran təhdidini idarə etmir, ona son qoyur - Bessent

15 Sep 2026, 19:56 1 baxış
ABŞ artıq İran təhdidini idarə etmir, ona son qoyur - Bessent

ABŞ iqtisadiyyatının gücü Vaşinqtona İran İslam Respublikasına və onu dəstəkləyənlərə qarşı genişmiqyaslı iqtisadi təcrid kampaniyası aparmağa imkan verir.


Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində keçirilən dinləmədə ifadə verərkən bildirib.


“Prezident Tramp özündən əvvəlki administrasiyaların uzun müddət təxirə saldığı addımları atıb. Onun rəhbərliyi altında Amerika artıq İran təhlükəsini idarə etməklə kifayətlənmir, bu təhlükəyə son qoyur”, – deyə nazir vurğulayıb.


Bessentin sözlərinə görə, ABŞ iqtisadiyyatının yenidən güclənməsi ölkənin rəqiblərinə qarşı güc mövqeyindən fəaliyyət imkanlarını artırır.

Mənbə axar.az

Oxşar Xəbərlər