Cəmiyyət
Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!
Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir.
Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib.
“Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs Qurani-Kərimə qarşı o təhqiredici faktlar... Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mənbə
axar.az