Dünya
Qrenlandiya ilə bağlı ABŞ-Danimarka gərginliyi: Frederiksendən "dinc yol" açıqlaması
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ ilə Qrenlandiya məsələsinin dinc yolla nizamlanacağına inandığını ifadə edib. Oxu.Az xəbər verir ki, hökumət başçısı bu barədə Avropa Komissiyasının rəsmi saytı vasitəsilə yayımlanan mətbuat konfransında məlumat verib. "ABŞ-li tərəfdaşlarımızla yüksəksəviyyəli işçi qrupunun yaradılmasına dair razılıq əldə etmişik. Danimarka Birləşmiş Ştatlarla müdafiə və təhlükəsizlik, xüsusən də Qrenlandiya istiqamətində daha yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu nümayiş etdirib. İnanıram ki, gələcək inkişaf üçün dinc yol tapacağıq", - deyə Frederiksen bildirib. Hökumət başçısı əlavə edib ki, sözügedən işçi qrupu hazırda fəaliyyətini davam etdirir.
Mənbə
oxu.az