İdman
Türkiyə Superliqası: "Fənərbağça" azarkeşlərini məyus etdi
Türkiyə Superliqasının 5-ci turuna "Qaziantep" - "Fənərbağça" matçı ilə yekun vurulub. Oxu.Az xəbər verir ki, görüşdə hesab açılmayıb - 0:0. Bu nəticə ilə İsmail Kartalın yetirmələri xallarını 7-yə çatdırıb. "Qaziantep"in isə aktivində 8 xal var. Turnir cədvəlinə 13 xalla "Qalatasaray" başçılıq edir.
Mənbə
oxu.az