Dünya

Avropada qazın qiyməti 2022-ci ildən bəri ilk dəfə 1000 dollar həddini aşdı

14 Sep 2026, 16:35 3 baxış
Avropada qazın qiyməti 2022-ci ildən bəri ilk dəfə 1000 dollar həddini aşdı
Sentyabrın 14-də Londonun ICE birjasında qazın qiyməti 2022-ci ilin dekabr ayından bəri ilk dəfə olaraq hər min kubmetr üçün 1000 dollar həddini geridə qoyub. Oxu.Az xəbər verir ki, bu barədə KP məlumat yayıb. Bildirilib ki, Niderlandda yerləşən TTF habında oktyabr füçerslərinin dəyəri artaraq min kubmetr üçün təqribən 1004 dollar səviyyəsinə yüksəlib. Avropanın əsas ticarət mərkəzlərində qazın spot kotirovkaları hələ ötən həftə hər min kubmetr üçün 1000 dolları aşmışdı. Konkret olaraq, TTF habında "bir gün öncə" tədarük edilən qazın qiyməti 1005 dollara qədər çatıb. Avropa bazarında qaz kotirovkalarının bahalaşması anbarlarda təbii qaz ehtiyatlarının aşağı səviyyədə olması və Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqələndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər