Cəmiyyət

Azərbaycanda 12 illik təhsil sisteminə keçid edilir?

14 Sep 2026, 16:30 2 baxış
Azərbaycanda 12 illik təhsil sisteminə keçid edilir?
"Hazırda 12 illik təhsilə keçidlə bağlı məsələ gündəmdə deyil". Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, 12 illik təhsilə keçid strategiyada nəzərdə tutulub, amma yaxın zamanda fəaliyyətdə belə bir keçid nəzərdə tutulmayıb: "Üçillik bakalavr təhsili məsələsinin müzakirə olunması maraqlı yanaşmadır. Mən düşünürəm ki, bəzi ixtisaslar üzrə, bu, mümkündür. Burada iki əsas məsələni nəzərə almaq lazımdır. Birincisi, məzunun yaşıdır. Məsələn, 15-16 yaşında məktəbi bitirən şagird üçillik bakalavr təhsili alaraq 18-19 yaşında müəllim olacaq. Hazırda dördillik bakalavr təhsili alan hüquqşünaslar isə 20-21 yaşlarında məzun olurlar. Düşünmək lazımdır ki, 19-20 yaşlı bir gəncin, xüsusilə hüquqşünas kimi fəaliyyətə başlaması üçün hansı səviyyədə yetkinliyə və peşəkarlığa ehtiyac var. Digər tərəfdən, elə ixtisaslar var ki, onların üç il ərzində tədris olunması mümkün ola bilər. Məsələn, turizmin təşkili kimi ixtisaslarda üç illik bakalavr təhsili kifayət edə bilər. Mənim fikrimcə, bu məsələləri mütəxəssislər və ayrı-ayrı sahə ekspertləri müəyyən etməlidirlər. İxtisasların təhsil müddəti hansısa məmurun və ya siyasətçinin şəxsi rəyi əsasında deyil, əmək bazarının və sahə mütəxəssislərinin tələbləri nəzərə alınmaqla formalaşdırılmalıdır. Məsələn, turizm sahəsində fəaliyyət göstərən şirkətlər və mütəxəssislər desələr ki, bizə müəyyən səriştələrə malik mütəxəssislər lazımdır və həmin səriştələri gənc dörd il ərzində deyil, məhz üç il ərzində də tam formalaşdıra bilərsə, o zaman həmin ixtisas üzrə üç illik bakalavr təhsilinin tətbiqi mümkündür".
Mənbə oxu.az

Oxşar Xəbərlər