Cəmiyyət

Bərdədə xəstəxananın həyətində doğuş oldu

14 Sep 2026, 12:56 3 baxış
Bərdədə xəstəxananın həyətində doğuş oldu
Bərdədə doğuş prosesi xəstəxananın həyətində baş verib. Oxu.Az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb: "10.09.2026-cı il tarixində saat 10:40 radələrində 35 həftəlik hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb. Dünyaya gələn uşağın çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qızdır. Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər