Dünya
Qafqazda uçqun nəticəsində həlak olan 17-ci alpinistin meyiti tapıldı
Qafqazda yerləşən Bezenqi dərəsində ayın əvvəlində baş verən uçqun nəticəsində həlak olan sonuncu - 17-ci alpinistin meyiti tapılıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kabardin-Balkariyanın operativ xidmətlərindəki mənbə məlumat verib. Bildirilib ki, alpinistin və qrupun digər üzvlərinin meyit qalıqları Nalçikə çatdırılıb. Sentyabrın 6-da Bezenqi dərəsində Mijirqi dağından uçqun qoparaq alpinistlərin üzərinə düşüb. Qrup 33 nəfərdən ibarət olub. Onlardan 10-u sağ qalaraq qar uçqununun altından çıxıb və dağdan müstəqil şəkildə enib, daha altı nəfər isə yaralanaraq tibb müəssisələrinə çatdırılıb. Rusiya Milli Qvardiyası Kabardin-Balkariyada uçqun nəticəsində həlak olan alpinistlər arasında idarənin əməkdaşlarının da olduğunu açıqlayıb. "Kommersant"ın məlumatına görə, müxtəlif güc strukturlarının əməkdaşlarından ibarət bütöv bir dəstə zərər çəkib. Bundan başqa, həlak olanlar arasında Sankt-Peterburqdan olan təcrübəli təlimatçı Albert İzotov da var. Uçqun baş verən zaman o, qrupla birlikdə buzlaqda təlim keçirirmiş. Daha əvvəl Pakistanda alpinist-rekordçu uçqun nəticəsində həlak olub.
Mənbə
oxu.az