Dünya
Harri Keyn "Bavariya"nı xilas etdi: Münhenlilər səfərdə qalib gəldilər - VİDEO
Almaniya Bundesliqasında 2026/2027 mövsümünün 3-cü turunun "Elversberq" - "Bavariya" matçı başa çatıb. Oxu.Az xəbər verir ki, Münhen təmsilçisi səfərdə 1:2 hesabı ilə qələbə qazanıb. Görüş Şpizen-Elversberqdəki "Ursafarm-Arena an der Kayzerlinde" stadionunda keçirilib. Lennart Karl 26-cı dəqiqədə münhenliləri hesabda önə keçirib. Moris Krattenmaxer 61-ci dəqiqədə hesabı bərabərləşdirib. 72-ci dəqiqədə isə Harri Keyn "Bavariya"ya qələbə qazandıran qolu vurub.
Bu oyundan sonra "Elversberq" altı xalla Almaniya çempionatının turnir cədvəlində 6-cı yerdədir. "Bavariya" isə yeddi xalla 4-cü pillədə qərarlaşıb.
Bu oyundan sonra "Elversberq" altı xalla Almaniya çempionatının turnir cədvəlində 6-cı yerdədir. "Bavariya" isə yeddi xalla 4-cü pillədə qərarlaşıb.
Mənbə
oxu.az