Kriminal

Bərdədə 2 yaşlı uşaq hovuzda boğuldu

13 Sep 2026, 23:24 3 baxış
Bərdədə 2 yaşlı uşaq hovuzda boğuldu

Bərdədə 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.


Axar.az-ın Teleqraf-a istinadən xəbərinə görə, hadisə şəhərin M.P Vaqif küçəsində baş verib. Valideyinlərinin nəzarətindən yayınan 2024-cü il təvəllüdlü Əliyeva Məleykə həyətdə ehtiyat su toplamaq üçün olan hovuzda boğularaq ölüb.


Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma başlanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər