Digər

ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır - Rayt

13 Sep 2026, 23:46 2 baxış
ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır - Rayt

ABŞ İslam Respublikası uranın zənginləşdirilməsindən imtina etdiyi təqdirdə İranı nüvə yanacağı ilə təmin edə bilər.


Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt "Blumberq" agentliyinə deyib.


"Biz (İrana nüvə) yanacağı xaricdən tədarük edə bilərik. Onlar yenidən ölkələr birliyinə qoşula, öz xalqına sülh və rifah gətirə bilərlər", - o bildirib.


Rayt əlavə edib ki, ABŞ İslam Respublikasının nüvə proqramı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verərdi, lakin hərbi əməliyyatlara da hazırdır.

Mənbə axar.az

Oxşar Xəbərlər