Digər

İsrail Suriya ərazisinə zərbə endirdi

13 Sep 2026, 23:13 3 baxış
İsrail Suriya ərazisinə zərbə endirdi

İsrail ordusunun artilleriyası Suriyanın cənubunda, demilitarizasiya olunmuş zonada yerləşən Ayn əş-Şara və Harbun rayonlarına zərbələr endirib.


Axar.az xəbər verir ki, bu barədə “Əl-İxbariyə” telekanalı məlumat yayıb.


Məlumata görə, zərbələr nəticəsində bəzi ərazilərdə yanğınlar baş verib:


"Atəş işğal altındakı Qolan təpələrindəki mövqelərdən həyata keçirilib. Mərmilər Dəməşqdən 55 kilometr cənub-qərbdə yerləşən Beyt-Cin şəhərinin ətrafına da düşüb".

Mənbə axar.az

Oxşar Xəbərlər