İdman

Əfsanəvi futbolçu Paolu Maldininin oğlu qəzaya düşdü

13 Sep 2026, 16:32 29 baxış
Əfsanəvi futbolçu Paolu Maldininin oğlu qəzaya düşdü
İtaliyanın "Milan" futbol klubunun əfsanəvi oyunçusu Paolo Maldininin "Kalyari"də çıxış edən 24 yaşlı oğlu Daniel Maldini yol-nəqliyyat hadisəsi törədib. Oxu.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, futbolçunun idarə etdiyi avtomobil yol hərəkəti qaydalarını pozaraq yolayrıcında digər nəqliyyat vasitəsinə yol verməyib. Toqquşma nəticəsində altı nəfər xəsarət alıb. Xəsarət alanlardan birinə tibbi yardım hadisə yerində göstərilib, digər beş nəfər isə xəstəxanaya çatdırılıb. Bildirilib ki, Paolo Maldininin oğlu əlavə müayinədən keçməsi üçün xəstəxanaya "sarı kod"la (ciddi, lakin həyat üçün təhlükə yaratmayan vəziyyət) aparılıb. Qeyd edək ki, dünən məhz Maldininin penaltidən vurduğu dəqiq zərbə "Kalyari"yə A Seriyası matçında "Atalanta" üzərində 2:1 hesabı ilə qələbə qazandırıb. İnsidentlə bağlı futbolçunun özü və ya klub nümayəndələri tərəfindən hələlik rəsmi şərh verilməyib.
Əfsanəvi futbolçu Paolu Maldininin oğlu qəzaya düşdü
Mənbə oxu.az

Oxşar Xəbərlər