Dünya

Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı

13 Sep 2026, 13:26 27 baxış
Çin lideri "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırdı
Çin Sədri Si Cinpin beynəlxalq aləmdə "kim güclüdürsə, o da haqlıdır" məntiqindən imtina etməyə çağırıb. Oxu.Az bu barədə Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir. "Qaydası olmayan dünya işıqforsuz yolayrıcı kimidir: xaos və hərc-mərclik qaçılmazdır. Qərəzsizlik və ədalət insanların ümumi arzularıdır, beynəlxalq qaydalar bütün ölkələr tərəfindən birgə işlənib hazırlanmalıdır. "Kim güclüdürsə, o da haqlıdır" məntiqi əsassızdır və çoxdan rədd edilməli idi", - deyə dövlət başçısı Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərinin "outreach" formatında keçirilən iclasındakı çıxışı zamanı bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər