Dünya

Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı

13 Sep 2026, 11:24 28 baxış
Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı
"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". Oxu.Az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərinin iclasında çıxışı zamanı bəyan edib. "Dünya şəraitini sabitləşdirmək və yaxşılaşdırmaq üçün BRICS ölkələri tarixi təşəbbüsü öz üzərinə götürməli, böyük sayda qlobal Cənub ölkələri ilə birləşməli, beynəlxalq işlərdə müsbət, sabitləşdirici və konstruktiv rol oynamalı və bəşəriyyətin ümumi rifahına töhfə verməlidir", - deyə o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər