Dünya

Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu, onlarla yaralı var - FOTO

13 Sep 2026, 10:52 26 baxış
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu, onlarla yaralı var - FOTO
Türkiyənin Bartın vilayətində baş verən yol-nəqliyyat hadisəsində 21 nəfər xəsarət alıb. Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, toy qonaqlarını daşıyan mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 19 sərnişin (o cümlədən üç uşaq) və sürücülər xəsarət alıblar. Toqquşmadan sonra mikroavtobus elektrik dirəyinə çırpılıb. Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, yaralılar yerli xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu, onlarla yaralı var - FOTO Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu, onlarla yaralı var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər