İdman

Rayan Qarsiya Konor Benni nokaut edərək titulunu qorudu

13 Sep 2026, 09:32 22 baxış
Rayan Qarsiya Konor Benni nokaut edərək titulunu qorudu
Amerikalı boksçu Rayan Qarsiya Las-Veqasda keçirilən döyüşdə yarımorta çəkidə Ümumdünya Boks Şurasının (WBC) dünya çempionu titulu uğrunda görüşdə britaniyalı Konor Benni məğlub edib. Oxu.Az "Sport Express" nəşrinə istinadə xəbər verir ki, döyüş ikinci raundda başa çatıb. 28 yaşlı Qarsiya 29 yaşlı rəqibini nokauta salıb. Bu döyüşdən sonra onun peşəkar rinqdə 27 qələbəsi və 2 məğlubiyyəti var. Amerikalı boksçu titulunu ilk dəfə müdafiə edib. Benn isə 23 qələbə fonunda ikinci məğlubiyyətini alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər