Dünya

Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı

13 Sep 2026, 03:14 24 baxış
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı
Ağ Evin rəhbəri Donald Trampın həyatının ilk dörd ilini yaşadığı Nyu-Yorkun Kuins rayonundakı ev təxminən 2 milyon dollara satılıb. Oxu.Az "New York Post" (NYP) qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumat yayılıb. Anonim alıcı daşınmaz əmlakın alınması ilə bağlı sövdələşməni hələ iyul ayında rəsmiləşdirib, lakin həmin vaxt razılaşmanın maliyyə detalları açıqlanmayıb. Əvvəlcə 2025-ci ilin noyabrında obyekt 2,3 milyon dollar dəyərində qiymətləndirilib, lakin sonradan tələb olunan qiymət 1,99 milyon dollara endirilib. Satışın faktiki dəyəri isə daha aşağı olub və yekun olaraq 1,93 milyon dollar təşkil edib. İngilis memarlıq üslubunda olan binanı 1940-cı ildə hazırkı ABŞ prezidentinin atası Fred Tramp inşa etdirib. Tikili Kuinsin "Jamaica Estates" adlı prestijli məhəlləsində yerləşir. Gələcək dövlət başçısı 1950-ci ilə qədər burada qohumları ilə birlikdə yaşayıb, bundan sonra ailə həmin ərazidə daha geniş evə köçüb.
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı
Mənbə oxu.az

Oxşar Xəbərlər