İdman

"Arsenal" səfərdə qələbə qazandı və liderliyə yüksəldi - VİDEO

13 Sep 2026, 01:06 23 baxış
"Arsenal" səfərdə qələbə qazandı və liderliyə yüksəldi - VİDEO
İngiltərə Premyer Liqasının 4-cü turunda "Sanderlend" və London "Arsenal"ı üz-üzə gəliblər. Qarşılaşmada "topçular" səfərdə 0:2 hesabı ilə qalib gəliblər. Oxu.Az xəbər verir ki, görüş Sanderlenddəki "Stadium of Layt" stadionunda keçirilib. Matçın baş hakimi Lester şəhərindən olan Con Bruks olub. 56-cı dəqiqədə Enzo Le Fe "qara pişiklər"i hesabda önə keçirə bilərdi, lakin penaltidən yararlana bilməyib. London təmsilçisinin ilk qolunu 58-ci dəqiqədə Bruno Gimaraynş vurub. 90+6-cı dəqiqədə "Sanderlend"in futbolçusu Reynildu Mandava ikinci sarı vərəqə alaraq meydandan qovulub. 90+7-ci dəqiqədə isə Bukayo Saka penaltini dəqiq yerinə yetirib və hesabı 0:2-yə çatdırıb.

Bu oyundan sonra "Sanderlend" 4 xalla APL-in turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. "Arsenal" isə 12 xalla liderliyə yüksəlib. Növbəti turda "Sanderlend" sentyabrın 20-də səfərdə "Mançester Siti" ilə, "topçular" isə sentyabrın 19-da səfərdə "Brayton end Hov Albion"la qarşılaşacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər