İdman

"Kral klubu"ndan inamlı qələbə: Mbappe iki dəfə fərqləndi - VİDEO

13 Sep 2026, 01:36 27 baxış
"Kral klubu"ndan inamlı qələbə: Mbappe iki dəfə fərqləndi - VİDEO
İspaniya La Liqasının 5-ci turunda Madrid "Real"ı və "Rayo Valyekano" qarşılaşıblar. "Santyaqo Bernabeu" stadionunda keçirilən görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəliblər. Oxu.Az xəbər verir ki, matçın baş hakimi Viktor Qarsiya Verdura olub. Oyunda hesabı 14-cü dəqiqədə "Real"ın hücumçusu Kilian Mbappe penaltidən vurduğu qolla açıb. Üç dəqiqə sonra müdafiəçi Alvaro Karreraş meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 35-ci dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem hesabı 3:0 edib. 51-ci dəqiqədə "Rayo Valyekano"nun hücumçusu Serxio Kamilyo fərqi azaldıb. 90+1-ci dəqiqədə isə Kilian Mbappe dublunu rəsmiləşdirərək oyunda son hesabı müəyyənləşdirib - 4:1.

Bu qələbədən sonra "Real" beş oyundan 12 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Rayo Valyekano" isə 4 xalla 15-ci yerdədir. Növbəti matçda "Real" sentyabrın 15-də səfərdə "Elçe" ilə qarşılaşacaq. "Rayo Valyekano" isə həmin gün evdə "Espanyol"u qəbul edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər