İdman

"Qalatasaray" üç futbolçusunu komandadan göndərir

12 Sep 2026, 13:14 3 baxış
"Qalatasaray" üç futbolçusunu komandadan göndərir
Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır. Oxu.Az yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür. Məlumata görə, "sarı-qırmızılar"ın göndərilməsini planlaşdırdığı adlar arasında İlkay Gündoğan, Uilfrid Sinqo və Kaan Ayhan yer alır. Diqqətçəkən məqamlardan biri odur ki, 35 yaşlı İlkay Gündoğan cari mövsüm ərzində sadəcə iki qarşılaşmada şans qazanıb və meydanda cəmi 11 dəqiqə qala bilib. Çempionlar Liqasının iştirak ərizəsindən kənarda qalan Kaan Ayhanın vəziyyəti isə fərqli deyil - o, bu mövsüm cəmi bir dəqiqə yaşıl meydanda olub. Davamlı zədə problemləri ilə üzləşən Uilfrid Sinqo da mövsüm ərzində cəmi iki oyunda iştirak edərək, ümumilikdə 41 dəqiqəlik performans sərgiləyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər