İdman

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

12 Sep 2026, 12:26 3 baxış
Neymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. Oxu.Az "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardım edib. Transfer qadağası Braziliya klubuna 2023-cü ildə Jan Lukasın transferindən sonra "Monako"ya yaranmış borca görə tətbiq olunub. Qeyd edək ki, "Santos" Cənubi Amerika Kubokunda mübarizəsini davam etdirir. Komanda 1/4 final mərhələsinin ilk oyununda "Atletiko Mineyro"nu 2:0 hesabı ilə məğlub edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər