Dünya
Xuzam əl-Əsəd: "Husilər Səudiyyə Ərəbistanına müqavimət göstərməyə davam edəcəklər"
"Husilər Yəmən blokadadan çıxarılana qədər Səudiyyə Ərəbistanına müqavimət göstərməyə davam edəcəklər". Oxu.Az xəbər verir ki, bu barədə "Ənsar Allah" hərəkatının siyasi bürosunun üzvü Xuzam əl-Əsəd "İzvestiya"ya açıqlamasında deyib. "Bizim mövqeyimiz müdafiə xarakterlidir və biz Səudiyyə blokdasının xalqımızın üzərindən götürülməsinə çalışırıq. Məhz Səudiyyə Ərəbistanı qanuni adlandırdığı alətlərini bizə qarşı işə salıb ki, bu da silahlı qüvvələrimizi həm Səudiyyə Ərəbistanının hava bombardmanlarına cavab olaraq onun ərazisinin dərinliyindəki obyektlərə cavab zərbələri endirməyə, həm də Yəmən torpaqlarını azad etmək yolu ilə vətəndaşların müdafiəsinə qalxmağa məcbur edib", - qruplaşmanın nümayəndəsi vurğulayıb. Qeyd edək ki, sentyabrın 10-da husilər Moxa şəhəri, eləcə də Bab əl-Məndəb boğazındakı Perim adası, Taiz əyalətinin Bab əl-Məndəb dairəsi və Qırmızı dənizdəki bütün Yəmən adalarını ələ keçirdiklərini elan etmişdi.
Mənbə
oxu.az