Maraqlı
Qadınlar niyə gecələr tez-tez oyanırlar? - Həkim aşkar olmayan səbəbi açıqladı
"Hormonal disbalans qadınların gecələr tez-tez oyanmalarına səbəb ola bilər". Oxu.Az-ın xəbərinə görə, bu barədə ginekoloq Ana Belen "El Confidencial" nəşrinə müsahibəsində danışıb. Mütəxəssis yuxu ilə bağlı bu qeyri-aşkar problemi açıqlayıb. Həkimin sözlərinə görə, gecələr tez-tez oyanmalar progesteron çatışmazlığının simptomu ola bilər. Bu hormon adətən hamiləliklə əlaqələndirilir, lakin, eyni zamanda yuxu, menstrual dövr və əhvali-ruhiyyə ilə əlaqəli proseslərdə də rol oynayır. Üstəlik, stres zamanı o, səviyyəsi ilk azalan hormonlardan biridir. Progesteron çatışmazlığının digər əlamətləri sırasında Ana Belen menstruasiyadan əvvəl narahatlıq və qıcıqlanma, qəhvəyi qanlı axıntı, qısa menstrual dövr, güclü qanaxma və orqanizmdə mayenin saxlanmasını qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər