Cəmiyyət
Azərbaycanda bəzi şəxslər pulsuz psixoloji yardım ala bilərlər - Qanun nə deyir? - VİDEO
Psixoloji yardım insanın emosional çətinliklər, stres, narahatlıq və ya psixi pozuntuların öhdəsindən gəlməsi üçün peşəkar mütəxəssislər tərəfindən göstərilən dəstək prosesidir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu pulsuz psixoloji yardım ala biləcək şəxslərlə bağlıdır. Kimlər psixoloji yardım ala bilər?
"Psixoloji yardım haqqında" Qanuna əsasən, bəzi şəxslərin pulsuz psixoloji yardım almaq hüququ var. Buraya təhsilalanlar, hərbi qulluqçular, məişət zorakılığından zərər çəkənlər, fövqəladə hadisələr zamanı zərər çəkən şəxslər və onların ailə üzvləri, həbsdə və cəzaçəkmə müəssisələrində olan şəxslər daxildir. Həmçinin insan alverinin qurbanları, əlilliyi olan şəxslər və minatəmizləmə fəaliyyəti nəticəsində zərərçəkənlər də müəyyən hallarda pulsuz psixoloji yardım ala bilərlər. Digər şəxslər üçün isə psixoloji yardım, bir qayda olaraq, ödənişlidir və xidmətin qiyməti tərəflər arasında bağlanan müqavilə ilə müəyyən edilir.

Mənbə
oxu.az
Oxşar Xəbərlər