Cəmiyyət
Xəstəxana, yoxsa heyvan sığınacağı?
Kubra Məhərrəmova yazır... Vətəndaş Yusif Nəbiyevin sosial şəbəkədə etdiyi paylaşımın insanlar tərəfindən olduqca aqressiv qarşılanması məndə xeyli maraq doğurdu. Bu qədər nalə-nifrətin səbəbini araşdırmağa çalışdım və gördüyüm, anladığım mənzərə məni xeyli təəccübləndirdi. Qısa xülasə: Gəncə şəhər sakini Yusif Nəbiyev anası ilə bağlı Gəncə şəhər 3 nömrəli xəstəxanasının Təcili yardım şöbəsinə gedib. Orada gördüyü mənzərə isə onda bir sıra suallar yaradıb. Belə ki, xəstəxanada çarpayılar altında pişiklər balaları ilə yaşayırmış. Vətəndaş palatadan pişiklərin çıxarılmasını tələb etdikdə isə həkimlər "pişikləri çıxara bilmərik, günahdır" cavabını veriblər. Adam deməyə söz tapmayaraq birbaşa Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) şikayət edib. Qurumdan bildirilib ki, Akademik Zülfüqar Məmmədov adına xəstəxananın (Gəncə şəhər 3 nömrəli xəstəxana) həyətyanı sahəsinin geniş olması səbəbindən ərazidə bir neçə sahibsiz heyvanın, o cümlədən it və pişiklərin olması faktı mövcuddur. Habelə, bununla bağlı aidiyyəti qurumlara məlumat verilsə də, indiyədək müvafiq tədbir görülməyib: "Son günlər hava şəraitinin pisləşməsi ilə əlaqədar sahibsiz pişiklərdən biri yeni doğulmuş balalarını qorumaq instinkti ilə onları xəstəxananın Təcili tibbi yardım şöbəsinin palatasına keçirib". Məlumata görə, xəstəxana personalı vəziyyətə dərhal müdaxilə edib və heyvanlar şöbədən kənarlaşdırılıb. Amma məsələ burada bitmir, davamı var. Vətəndaş haqlı olaraq xəstəxanada sanitar və gigiyenik qaydalara riayət olunmasını tələb edib. Lakin sosial şəbəkə istifadəçiləri bunun yanlış olduğunu və əslində küçə heyvanlarının təmiz olması barədə fikir yürüdüblər. Bu azmış kimi, Yusif Nəbiyevin xəstəxanaya müraciət edən anasına qarğış etməyə başlayıblar.
{{gallery}} İndi gəlin bir az düşünək. Xəstəxanada infeksiyaya yoluxmağa açıq, immun sistemi zəif, yaşlı, uşaq, əməliyyatdan çıxmış insanlar olur. Xəstəxana heyvan sığınacağı da deyil. İkincisi, xəstəxanada ən vacib şərt sanitar və gigiyenik qaydalara riayət olunmasıdır. Bu baxımdan, heyvanların palatalarda, çarpayıların altında yaşaması "heyvansevərlik" yox, sanitariya və idarəetmə problemidir. Üçüncüsü, Gəncə şəhər 3 nömrəli xəstəxanasında çalışan həkimlər adi sanitariya qaydalarını bilmirlər, yoxsa həmin xəstəxana elə gündədir ki, hər yoldan keçən heyvan orada özünə məskən salır? Yaxşı, bəs xəstəxananın baş həkimi bu barədə nə düşünür? Bu məqamda isə şəxsən məndə Gəncə şəhər 3 nömrəli xəstəxanasında xəstələrə göstərilən tibbi yardımın, xüsusilə də təcili tibbi yardımın keyfiyyəti və gigiyenik qaydaları barədə əsaslı şübhələr yarandı. "Pişikləri çıxarmaq günahdır" arqumenti ilə düşünən həkimlərin tənqidi təfəkkürü və təcili tibbi yardıma ehtiyacı olan xəstəyə "günah, qeyri-günah" prizmasından yanaşması da sual doğurur. Müalicə protokolu görəsən necə, hansı "günahlarla" tənzimlənir? Bu məsələdə bir daha TƏBİB-in açıqlamasındakı bu məqama diqqət çəkmək istərdim: "Akademik Zülfüqar Məmmədov adına xəstəxananın (Gəncə şəhər 3 nömrəli xəstəxana) həyətyanı sahəsinin geniş olması səbəbindən ərazidə bir neçə sahibsiz heyvanın, o cümlədən it və pişiklərin olması faktı mövcuddur". Niyə xəstəxananın həyətində sahibsiz heyvanlar olmalıdır? Dünyanın hansı inkişaf etmiş ölkəsində belə təcrübə var? Üstəlik, burada daha bir sual yaranır: Əgər xəstəxananın həyətində sahibsiz heyvanlar məskunlaşıbsa və onların sayı o həddə çatıbsa ki, heyvanlar palatalara qədər daxil olur, bu vəziyyətə kim cavabdehdir? O zaman sabah eyni hal əməliyyat otaqlarında, doğuş və ya cərrahiyyə əməliyyatı zamanı da baş verə bilər. Əgər müvafiq qurumlar bununla razıdırlarsa, nə deyə bilərik? Qurban olaram özəl xəstəxanalara. Heç olmasa palatada çarpayı altında it-pişik olmur.

Mənbə
oxu.az