Digər

Peterburqda benzin qıtlığı: YDM-də uzun növbələr...

11 Sep 2026, 23:13 2 baxış
Peterburqda benzin qıtlığı: YDM-də uzun növbələr...

Məlum olduğu kimi, Ukrayna dronlarının kütləvi hücumlarından dolayı Rusiyanın iri şəhərlərində yanacaq qıtlığı yaşanmaqdadır.


Axar.az xəbər verir ki, artıq Sankt-Peterburq şəhərində də ciddi yanacaq çatışmazlığı hiss olunur.


Belə ki, yanacaqdoldurma məntəqələrində (YDM) uzun növbələr yaranıb.


"GdeBenz" xidməti bildirib ki, 3-9 sentyabr tarixlərində benzinlə bağlı vəziyyətin pisləşməsinə görə Peterburq Rusiyanın iri şəhərləri arasında antilider olub.


Dronların ölkədə ikinci ən böyük neft emalı zavodu - KİNEF-ə hücum etməsindən bir neçə gün sonra yanacaqdoldurma məntəqələrindən yanacaq yoxa çıxmağa başlayıb.


Şəhərdə işləyən taksi sürücüləri “Fontanka”ya deyiblər ki, YDM-lərdə növbə kilometrlərlədir.


İldə 2 milyon ton benzin və 7 milyon ton dizel yanacağı istehsal edən neft emalı zavodunun hər iki qurğusuna ziyan dəyib və 30 avqustda istehsal tamamən dayanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər