Digər

İran ətrafında gərginlik: ABŞ gecə əməliyyatına hazırlaşır

11 Sep 2026, 23:24 2 baxış
İran ətrafında gərginlik: ABŞ gecə əməliyyatına hazırlaşır

ABŞ qüvvələri İranla artan gərginlik fonunda Ərəbistan dənizində gecə əməliyyatlarına hazırlaşır.


Axar.az xəbər verir ki, “Foks Nyus”un müxbiri Trey Yinqst bu barədə Hörmüz boğazı yaxınlığında yerləşən “Corc Vaşinqton” aviadaşıyıcısının göyərtəsindən məlumat verib.


Müxbirin sözlərinə görə, o, gəmiyə çatdıqdan təxminən bir saat sonra İrandan qaynaqlandığı bildirilən yeni təhlükəyə cavab olaraq döyüş təyyarələri və helikopterin təcili havaya qaldırılmasına hazırlıq başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər