Dünya

Təcili yardım maşınında qətl: İtaliyalı sürücü pasiyentlərin damarına hava yeridib - FOTO

11 Sep 2026, 17:32 5 baxış
Təcili yardım maşınında qətl: İtaliyalı sürücü pasiyentlərin damarına hava yeridib - FOTO
İtaliyada 28 yaşlı təcili tibbi yardım sürücüsünə altı pasiyenti damarlarına hava yeridərək öldürməsi ilə bağlı ittiham irəli sürülüb. Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Luka Spada Emiliya-Romanya regionunda təcili yardım xidmətində çalışıb. İstintaq orqanları hesab edirlər ki, o, xəstələrin damarlarına hava vuraraq ölümcül emboliyaya səbəb olub. Qurbanlar əsasən tibb müəssisələrinə daşınan yaşlı və ağır xəstələr olub. Araşdırmalar kişinin həmkarlarının onun növbələri zamanı baş verən şübhəli ölüm hallarını müşahidə etməsindən sonra başlayıb. Spada 2026-cı ilin aprel ayında saxlanılıb. "The Sun"ın məlumatına əsasən, ekspertlər onu vəsvəsəli meylləri olan və oxşar hərəkətləri təkrarlama riski yüksək olan bir şəxs kimi xarakterizə ediblər. Müstəntiqlər həmçinin şübhəli şəxsin telefonundakı yazışmaları və materialları araşdırıblar. İttiham tərəfinin versiyasına görə, kişi seçilmiş qətl üsulu ilə əvvəlcədən sınaqlar apara bilərdi. Spada özü bütün ittihamları rədd edir. İş üzrə məhkəmə prosesi oktyabr ayında başlamalıdır.
{{gallery}}
Təcili yardım maşınında qətl: İtaliyalı sürücü pasiyentlərin damarına hava yeridib - FOTO Təcili yardım maşınında qətl: İtaliyalı sürücü pasiyentlərin damarına hava yeridib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər