Digər

Norveç şahzadəsi 94 yaşında vəfat etdi

11 Sep 2026, 18:45 2 baxış
Norveç şahzadəsi 94 yaşında vəfat etdi

Norveç şahzadəsi Astrid Mod İngeborq qardaşı V Kral Haraldın ölümündən düz iki həftə sonra, 94 yaşında vəfat edib.


Axar.az xəbər verir ki, bu barədə kral evinin mətbuat xidməti məlumat yayıb.


"Şahzadə Astrid bu gün 94 yaşında vəfat edib. O, 1954-cü ildən 1968-ci ilə qədər - 14 il ərzində birinci xanım olub və son günlərinə qədər rəsmi tədbirlərdə iştirak edib", - deyə bildirilib.


Şahzadənin ölüm səbəbi açıqlanmır.


Qeyd edək ki, Norveçdə "birinci xanım" termini kral ailəsinin ən yaşlı xanım üzvünə aiddir. Astrid 1954-cü ildə anası Şahzadə Martanın ölümündən sonra birinci xanım olub. 1968-ci ildə qardaşı Harald evləndikdən (Sonya ilə) sonra, “birinci xanım” titulunu onun həyat yoldaşı daşımağa başladı.

Mənbə axar.az

Oxşar Xəbərlər