Dünya

Hindistanın baş nazirindən Putinə gözlənilməz hədiyyə - FOTO - VİDEO

11 Sep 2026, 18:24 2 baxış
Hindistanın baş nazirindən Putinə gözlənilməz hədiyyə - FOTO - VİDEO
Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinə qədim hind fəlsəfəsindən bəhs edən "Tirukkural" traktatının rus dilinə tərcümə olunmuş nüsxəsini bağışlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, sözügedən əsər Hindistanda iki minillik bundan öncə qələmə alınıb. Müəllif Tiruvaluvar bu kitabda insan yaşayışı, şəfqət hissi və idarəçilik məsələlərinə toxunub. "Bu əsər iki dövlət arasında insani münasibətlərin inkişafına təkan verəcək", - deyə N.Modi qeyd edib. Məlumat üçün bildirək ki, Rusiya lideri Vladimir Putin Nyu-Dehlidə baş tutan BRİCS+ zirvə toplantısı çərçivəsində hindistanlı həmkarı Narendra Modi ilə görüşərək müzakirələr aparıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər