İdman
Yevlaxda qol yağışı: "Neftçi" səfərdə "İmişli"ni məğlub etdi - VİDEO
Misli Premyer Liqasının V turunun ilk oyunu başa çatıb. Oxu.Az xəbər verir ki, turun ilk qarşılaşmasında "İmişli" Yevlax şəhər stadionunda "Neftçi"ni qəbul edib. Qarşılaşma "Neftçi"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları "Neftçi"nin heyətində Freddi Varqas (12), Breno Almeyda (28), Qustavo Klisman (80), "İmişli"nin heyətində isə Bəxtiyar Həsənalızadə (29) və Azər Salahlı (45+7) vurublar.
Qeyd edək ki, bu nəticədən sonra "Neftçi" 12 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində dörd xalı olan "İmişli" isə səkkizinci yerdədir.
Qeyd edək ki, bu nəticədən sonra "Neftçi" 12 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində dörd xalı olan "İmişli" isə səkkizinci yerdədir.
Mənbə
oxu.az