Dünya

Husilər Yəmənin qərbində Səudiyyə qüvvələrinə qarşı hərbi əməliyyat keçirirlər

11 Sep 2026, 18:46 1 baxış
Husilər Yəmənin qərbində Səudiyyə qüvvələrinə qarşı hərbi əməliyyat keçirirlər
Yəməndəki "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Səudiyyə Ərəbistanı qüvvələrini ərazidən uzaqlaşdırmaq üçün ölkənin qərb bölgəsində hərbi əməliyyatlara başlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu hərəkatın hərbi sözçüsü Yəhya Saria bəyan edib. "Qərb sahil zonalarından Səudiyyə qoşunlarının təmizlənməsi məqsədilə genişmiqyaslı hərbi əməliyyat icra olunur", - deyə o bildirib. Sözçünün iddialarına əsasən, Səudiyyə hərbçiləri Taiz və Əl-Hüdeydə vilayətlərinə daxil olan altı rayondan tamamilə çıxarılıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər