Siyasət

Fərid Şəfiyevə üç müavin təyin edildi

11 Sep 2026, 17:38 5 baxış
Fərid Şəfiyevə üç müavin təyin edildi
Bu gün İlham Əliyevin müvafiq sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub. Oxu.Az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mərkəzin İdarə Heyəti sədrinə 3 müavin də təyin edilib. Belə ki, Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızı Paşayeva Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavinləri təyin ediliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər