Dünya
Gürcüstanda keçmiş nazir Baramidze saxlanılıb: Vətənə xəyanətdə ittiham olunur - VİDEO
Gürcüstan hüquq-mühafizə orqanları ölkənin Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə sabiq naziri Georgi Baramidzeni saxlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın "İmedi" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Gürcüstanını sabiq prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə hökumətdə yer almış Baramidze dövlətə xəyanət və sabotajda ittiham olunaraq saxlanılıb. Gürcüstanın "TV Pirveli" telekanalı da Baramidzenin saxlanılma görüntülərini yayımlayıb. Kadrlarda keçmiş məmurun öz mənzilində saxlanıldığı görünür.
Baramidze daha əvvəl müxalifətçi Yaqo Xviçianın müəllif proqramında bildirib ki, 1992-1993-cü illərdə Abxaziya münaqişəsi zamanı Gürcüstan tərəfi əsir düşmüş hərbçilərini geri qaytara bilməzdi, çünki Abxaziya tərəfinə onun hərbçilərini təhvil verə bilmirdi. Daha sonra prokurorluq Baramidze barəsində dövlətə xəyanət və sabotaj maddələri ilə cinayət işi açıb.

Mənbə
oxu.az