İdman

Azərbaycan millisinin Litva ilə səfər oyunu üçün biletlər satışa çıxarılıb

11 Sep 2026, 20:00 2 baxış
Azərbaycan millisinin Litva ilə səfər oyunu üçün biletlər satışa çıxarılıb
Azərbaycan yığmasının Litvaya qarşı səfərdə keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununda dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, azərbaycanlı tərəfdarlar üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur. Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində yerləşən "Dariaus ir Gireno" stadionunda keçiriləcək Litva - Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər