Dünyanın ən varlı 10 şəxsi – hamısı bu ölkədəndir
“Blumberq”in Milyarderlər İndeksində ilk 10 pillənin hamısını ABŞ vətəndaşları tutublar.
Axar.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, fransız maqnat Bernar Arno 10-cu yeri 96 yaşlı amerikalı Uorren Baffetə verməli olub.
Siyahıda ilk pillədə 919 milyard dollarla İlon Mask qərarlaşıb. İkinci və üçüncü yerləri Quqlun həmtəsisçisi Larri Peyc (286 milyard dollar) və “Amazon” rəhbəri Ceff Bezos (274 milyard dollar) bölüşüblər.
4-10-cu yerləri isə Quqlun digər həmtəsisçisi Sergey Brin (266 milyard dollar), “Dell”in qurucusu Maykl Dell (245 milyard dollar), “Meta” rəhbəri Mark Zukerberq (229 milyard dollar), “Orakl”ın həmtəsisçisi Larri Ellison (208 milyard dollar), “Nvidia”nın baş direktoru Censen Xuanq (181 milyard dollar) və “Maykrosoft”un keçmiş baş direktoru Stiv Palmer (172 milyard dollar) tutublar.