İqtisadiyyat
Azərbaycan ərazisinin üçdəbiri iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qalacaq
"Azərbaycanın 36.6%-i, yəni üçdəbirindən də çox hissəsi bundan sonrakı dövrdə iqlim dəyişmələrindən əziyyət çəkəcək". Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Aviasiya Akademiyasının Aviasiya Meteorologiyası kafedrasının dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Camal Hüseynov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib. O bildirib ki, Kür-Araz ərazilərində subasmalar sürətlə artacaq: "Abşeron yarımadasında da bu proseslər davam edəcək. Dolu, ildırım prosesləri, ekstremal atmosfer yağıntıları artacaq. Növbəti 5 il ərzində bu prosesi biz daha aktiv şəkildə görə bilərik. 2024-cü ildə bir dəfə ekstremal yağıntılar baş vermişdisə, bu il artıq 3 dəfə Abşeron yarımadasında ekstremal yağıntılar təkrarlanıb. Bu, sürətlə artacaq. Abşeron yarımadasında subasma problemi artıq göz qabağındadır. Dağlıq ərazilərdə daha çox daşqın prosesləri baş verəcək".
Mənbə
oxu.az
Oxşar Xəbərlər