Dünya
İtaliyanın məşhur siyasətçisi vəfat edib
İtaliyalı siyasətçi, ölkənin Radikal partiyasının qurucularından biri olan Emma Bonino 78 yaşında vəfat edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə onun üzvü olduğu "+ Avropa" partiyası məlumat verib. "Bu gün liderimiz bizi tərk etdi: ölkəmizin tarixində ən cəsur və ən azad siyasətçilərdən biri həyatdan getdi", - deyə məlumatda bildirilib. Emma Bonino 2013-2014-cü illərdə xarici işlər naziri vəzifəsində çalışıb, eləcə də Romano Prodinin kabinetində nazir postunu tutub (2006-2008). O, prezidentliyə mümkün namizədlər sırasında olub. Lakin bir neçə il əvvəl ona xərçəng diaqnozu qoyulub və sağalıb. Bir neçə gün əvvəl onun ağır respirator (tənəffüs) problem ilə xəstəxanaya yerləşdirilib. Bonino əvvəlki dəfə - 2023-cü ildə xəstəxanaya yerləşdirildiyi zaman Roma Papası Fransisk onu ziyarət edib. Radikal partiya həmçinin qadınların abort hüquqlarını müdafiə edib. İtaliyanın Baş naziri Corcia Meloni mərhum siyasətçi haqda yazıb: "Emma Bonino onilliklər boyu İtaliya siyasətinin güclü səsini təmsil edib, həmişə öz ideyalarını və mövqelərini qətiyyətlə müdafiə edib. Bizim siyasi tarixlərimiz çox fərqlidir, amma bu, onun fəaliyyətinin ölkəmiz üçün əhəmiyyətini qəbul etməyimə mane olmur".
Mənbə
oxu.az