Digər
Avropa Komissiyası Ukraynaya 6.1 milyard avro ayırdı
Avropa Komissiyası Ukraynaya əlavə 6,1 milyard avro vəsaitin ayrılmasını təsdiqləyib.
Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.
“Bu gün Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri, sursat, dronlar və radioelektron mübarizə vasitələri əldə etməyə kömək edəcək 6,1 milyard avronun ayrılmasını təsdiqlədik”, - o bildirib.
Mənbə
axar.az