Digər

Binanın başımıza uçacağını düşünürdük - Tramp

11 Sep 2026, 15:44 4 baxış
Binanın başımıza uçacağını düşünürdük - Tramp

İki yanğınsöndürəni heç vaxt unutmayacağam. Biz binanın başımıza uçacağını düşünürdük. İki yanğınsöndürən - iri, güclü oğlanlar. Mən də dünyanın ən balaca adamı deyiləm. Onlar məni qoltuğumun altından tutub dedilər: “Buradan çıxmalısan”.


Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp 11 sentyabr terror aktının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.


“Onlar sözün əsl mənasında məni qaldırdılar. Bunu etmək asan deyil. Mən iriyəm. Məni qaldırdılar və mənimlə birlikdə qaçmağa başladılar. Mən dedim: “Oğlanlar, özüm də qaça bilərəm”. Amma onlar möhtəşəm idilər. Onlar binanın üzərlərinə çökəcəyini düşünürdülər. Dediklərimin hər biri tamamilə doğrudur”, - o bildirib.


Qeyd edək ki, o, bu hadisənin “Əkiz Qüllələr”in dağıldığı gün yox, lakin bundan qısa müddət sonra baş verdiyini vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər