Digər

Rusiya qazı ucuz deyil - Paşinyan

11 Sep 2026, 14:12 3 baxış
Rusiya qazı ucuz deyil - Paşinyan

Şaxələndirməyə getməyəcəyimiz heç bir sahə yoxdur, bizim siyasi qərarımız müstəqilliyimizi və dövlətçiliyimizi inkişaf etdirməkdir.


Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.


“Rusiya qazının sərhəddən son istehlakçıya qədər olan qiymət formalaşması digər ölkələrlə müqayisədə Ermənistanda daha yüksəkdir. Ermənistan hər il Rusiyadan təxminən 2 milyard kubmetr qaz alır. Rusiya qazının Ermənistan üçün qiyməti 1000 kubmetr üçün 177,5 dollar təşkil edir”.


Qeyd edək ki, Rusiya qazı Ermənistana Avropa Birliyi ölkələrindən daha ucuz qiymətə satılır. Moskva qazı daha aşağı qiymətə yalnız Belarusa tədarük edir.

Mənbə axar.az

Oxşar Xəbərlər