Mədəniyyət
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi
Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilib. Oxu.Az xəbər verir ki, yeni sədr postu Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib. Qeyd edək ki, səsvermə bu gün Nizami Kino Mərkəzində keçirilən konfransda baş tutub. Xatırladaq ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev vəfat etdikdən sonra sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edirdi. Bundan əvvəl qurumun katibi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüşdü. Ötən ay Ə.Cabbarov namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini elan etmişdi. Bildirilmişdi ki, onun ərizəsi yalnız yeni sədr seçiləndən sonra təsdiqlənə bilər.
Mənbə
oxu.az