Şou biznes
Reper Qurd uşaqların qarşısında spirtli içki içə-içə çıxış etdi - VİDEO
"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminovun əyləncə mərkəzlərindən birində səhnədə içki qəbul etməsi müzakirələrə səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə repçinin uşaqların qarşısında çıxışı zamanı səhnədə spirtli içki içdiyi əks olunub. Həmçinin onun çıxışını içkili vəziyyətdə davam etdirdiyi bildirilib. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb. Oxu.Az-a açıqlamasında Qurd burada qeyri-adi nəsə olmadığını bildirib.
"Bəli, içmişəm. Restoranda məgər içki içmirlər? Birincisi, mən içki içəndə üzüm izləyicilərə tərəf deyildi, pərdəyə tərəf idi. İkincisi də səhnədə içki içmək qadağandır ki?! Əyləncə mərkəzidir, mən də içmişəm. Burada qeyri-adi nə var ki?" - deyə Qurd bildirib.

Mənbə
oxu.az