İdman

DÇ-2030-un finalı dünyanın ən böyük stadionunda keçiriləcək? - Mərakeşdən iddia

10 Sep 2026, 19:36 2 baxış
DÇ-2030-un finalı dünyanın ən böyük stadionunda keçiriləcək? - Mərakeşdən iddia
Mərakeş Kral Futbol Federasiyasının (RMFF) rəhbəri Fauzi Lekjaa bildirib ki, 2030-cu il dünya çempionatının finalı Kasablanka yaxınlığında inşa edilən yeni stadionda keçiriləcək. Oxu.Az bu barədə "EFE" agentliyinə istinadən xəbər verir. FIFA finalın keçiriləcəyi yeri rəsmən açıqlamayıb və avqust ayında təşkilatın rəhbəri Canni İnfantinonun gələcək seçkidə dəstək müqabilində mərakeşlilərə turnirin həlledici matçını vəd etməsi barədə "Times" qəzetində dərc olunan xəbəri təkzib edib. "Ben Sliman əyaləti 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etmək şərəfinə nail olacaq. Gələcək hökumətin tərkibinə daxil olmaq istəyən hər kəsin bu əyaləti inkişaf etdirməkdən başqa seçimi yoxdur", - deyə Lekjaa Buznika şəhərində PAM partiyasının seçki kampaniyası çərçivəsində təşkil olunan tədbirdə bəyan edib. Kasablankanın şərqində yerləşən Əl-Mansuriyada 115 min tamaşaçı tutumuna malik və dünyanın ən böyük futbol arenası olacaq II Həsən adına stadion inşa olunur. Mərakeş, Portuqaliya və İspaniya dünya birinciliyinin oyunlarının əksəriyyətinə ev sahibliyi etməlidir, daha üç oyun isə Paraqvay, Uruqvay və Argentinada keçiriləcək. Daha əvvəl İspaniya Kral Futbol Federasiyası (RFEF) final qarşılaşmasının onların ölkəsində təşkil olunmalı olduğunu bəyan etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər