İdman
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri bəlli oldu
Azərbaycan cüdoçularının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək "Böyük Dəbilqə" turnirində rəqibləri müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasından Oxu.Az-a verilən məlumata görə, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi, 4 qadın) ilə təmsil olunacaq. Turnirdə 67 ölkədən 504 idmançı (308 kişi, 196 qadın) mübarizə aparacaq. Sentyabrın 11-dən 13-dək keçiriləcək "Böyük Dəbilqə"də təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da start götürəcək. Qadınlar 48 kq, 1/16 final Könül Əliyeva - Mariya Sequnda (Anqola) 52 kq, 1/16 final Aydan Vəliyeva - Andrea Stoyadinov (Serbiya) 70 kq, 1/16 final Südabə Ağayeva - Tais Pina (Portuqaliya) +78 kq, 1/16 final Madina Kaisinova - Qabriyel Buvye (Belçika) Kişilər 60 kq, 1/32 final Babarəhim Mirzəyev - Nuradil Aljan (Qazaxıstan) 60 kq, 1/16 final Murad Muradlı - Vahe Ağasyan (Ermənistan) 66 kq, 1/16 final Rəşad Yelkiyev - Mohammad Xoşbin (IRT) Nizami İmranov - Maykl Frayer (Böyük Britaniya) / Akjigit Nassir (Qazaxıstan) cütünün qalibi ilə 73 kq, 1/32 final Kamran Süleymanov - Natan Kadinyan (Fransa) Rəşid Məmmədəliyev - Orlando Kazorla (Fransa) 81 kq, 1/32 final Hidayət Heydərov - Benedek Tot (Macarıstan) Vüsal Qələndərzadə - Odisseas Georqakis (Kipr) 90 kq, 1/16 final Vüqar Talıbov - Stevan Nikçeviç (Monteneqro) / Aleks Kret (Rumıniya) cütünün qalibi ilə 100 kq, 1/16 final Əjdər Bağırov - Xuslen Munxuu (IRT) / Daniel Lyubimovski (ABŞ) cütünün qalibi ilə +100 kq, 1/16 final Camal Qamzatxanov - İqor Vraçar (Serbiya) Kənan Nəsibov - Artyom Zolotuxin (Rusiya).
Mənbə
oxu.az