Şou biznes

"Doktor Kim" serialının aktyoru cinsi xarakterli cinayətlərdə ittiham olunur

10 Sep 2026, 06:04 6 baxış
"Doktor Kim" serialının aktyoru cinsi xarakterli cinayətlərdə ittiham olunur
Məşhur "Doktor Kim" serialında canlandırdığı obrazla tanınan britaniyalı aktyor Noel Klarka qarşı bir sıra cinsi xarakterli cinayətlər üzrə ittiham irəli sürülüb. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. İstintaq materiallarına əsasən, aktyorun qanunsuz əməllərindən beş qadın zərər çəkib. Klarka qarşı ümumilikdə altı ittiham elan edilib. Polis cinayətlərin 2007-2016-cı illər arasında törədildiyi qənaətindədir. Buna baxmayaraq, araşdırmalara ancaq 2025-ci ilin sentyabr ayında start verilib. Londonun prokurorluğunun nümayəndəsi Betan Devid işin məhkəməyə göndərilməsi üçün yetərli sübutların əldə edildiyini vurğulayıb. Nəşr, həmçinin dekabr ayında "The Guardian" qəzetinə qarşı məhkəmə çəkişməsində uduzaraq müflis elan edilən Klarkın maliyyə problemləri yaşadığını da qeyd edir. Aktyor qeyri-etik davranışla bağlı yayımlanan məqalələri təkzib etməyə cəhd göstərsə də, məhkəmə instansiyası onun şikayətini əsassız sayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər