Digər
Rusiya 3 hərbi təyyarəsini Putinə görə ora göndərdi
Rusiyanın 3 hərbi təyyarəsi Hindistanın Noida hava limanına enib.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, təyyarələr hava limanına bu gün enib və onların arasında İl-76 hərbi nəqliyyat təyyarəsi də var.
Təyyarələrin gəlişinin BRİKS sammitinə və Rusiya Prezidenti Vladimir Putinin səfərinə hazırlıq məqsədi daşıdığı ehtimal edilir.
Qeyd edək ki, BRİKS sammiti 12-13 sentyabr tarixlərində keçiriləcək.
Mənbə
axar.az